Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə sənaye istehsalı oktyabr ayında əvvəlki ayla müqayisədə 1,1 faiz artıb.
Banco.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatında deyilir.
Mədənçıxarma və karxana sektoru indeksi əvvəlki ilin eyni ayına görə 3,7 faiz, emal sənayesi indeksi 1,3 faiz, elektrik, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru indeksi isə 3,5 faiz artım göstərib.
Sənayenin alt sektorları nəzərdən keçirildikdə, görürük ki, 2023-cü ilin oktyabr ayında mədənçıxarma və karxana sektoru indeksi əvvəlki ayla müqayisədə 3,2 faiz artarkən, emal sənayesi sektoru indeksi 0,3 faiz, elektrik, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru indeksi isə 2,3 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!