Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə istehlakçı inflyasiyası iyul ayında əvvəlki ayla müqayisədə daha da sürətlənib.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, iyul ayında ölkədə aylıq inflyasiya 3,23 faiz səviyyəsində reallaşıb.
İyun ayında aylıq inflyasiya 1,64 faiz təşkil edirdi.
İllik inflyasiya tempində isə azalmanın davam etdiyi müşahidə edilib. TÜİK məlumatlarına görə, iyul ayında illik inflyasiya 61,78 faiz olub.
Məlumatlar həmçinin əsas illik göstəricilərin də yavaşlamasına işarə edib. Belə ki, iyul ayında illik baza inflyasiya 60,23 təşkil edib. İyun ayında illik baza inflyasiyası 71,41 faiz idi.
Qeyd edək ki, iyulda elektrik enerjisi ödənişlərinin 38 faiz artması inflyasiyaya təsir edib. Bu bahalaşmanın təsiri ilə ən yüksək aylıq artım 8,08 faiz ilə mənzil sektorunda reallaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!