Müəllif:Ayşən İmanova/Banco.az
Türkiyənin Vergilər İdarəsi vergi qanunlarına nağd alışların icazə verilən maksimum miqdarına məhdudiyyət tətbiq edən düzəlişlər hazırlayıb.
Banco.az xəbər verir ki, bu barədə “Ekonomim” qəzeti məlumat yayıb.
Bildirilir ki, vergi orqanı dəyəri 7 min türk lirəsini (cari məzənnə ilə 205 dollar) keçən mal və xidmətlər üçün nağd ödənişlərə məhdudiyyət qoyulmasını təklif edir.
Dəyişikliklər qəbul olunarsa, fiziki və hüquqi şəxslər müəyyən edilmiş həddən artıq məbləğdə ödənişləri nağdsız üsulla həyata keçirməli olacaqlar.
Tələblərin pozulması alıcılar üçün cərimələrlə nəticələnə bilər. Bu, ən azı 5 min lirə (təxminən 150 dollar) və ya alış məbləğinin 10%-ni təşkil edir. İstehlakçı beş gün ərzində belə pozuntu barədə vergi xidmətinə məlumat verərsə, heç bir cərimə tətbiq edilmir.
Türkiyə hakimiyyət orqanlarının fikrincə, bu tədbir alıcı və satıcı arasında maliyyə münasibətlərinin şəffaflığını artıracaq, həmçinin vergilərin yığılması prosesini optimallaşdıracaq.
Bizi sosial şəbəkələrdən izləyin!!