Türkiyədə mənzillərin satışı azalıb | Banco.az

Türkiyədə mənzillərin satışı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə mart ayında mənzil satışları 21 faiz azalıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika İdarəsinin (TÜİK) məlumatlarına görə, Türkiyədə mənzil satışları əvvəlki ilin eyni ayına görə 21,4 faiz azalaraq 105 min 476 təşkil edib.

Mənzil satışlarında ən yüksək pay 18 min 166 ev və %17,2 ilə İstanbula məxsusdur. Satış sayına görə İstanbulu 12 min 23 ev satışı və 11,4% payla Ankara, 6 min 120 satış və 5,8% payla Antalya izləyib. 

Mənzil satışının ən az olduğu şəhərlər 23 mənzillə Ardahan, 54 mənzillə Hakkari və 69 mənzillə Bayburt olub.

Yanvar-mart dövründə isə mənzil satışı əvvəlki ilin eyni dövrünə görə 11,5 faiz azalaraq 283 min 215 qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et