Türkiyədə maaşlı işçilərin sayı 15 milyonu ötüb | Banco.az

Türkiyədə maaşlı işçilərin sayı 15 milyonu ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə iyul ayı ərzində maaşlı işçilərin sayı 15 milyonu ötüb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) Maaşlı İşçi Statistikası İyul 2023 məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, sənaye, tikinti və ticarət-xidmət sektorlarında maaşlı işçilərin ümumi sayı 2023-cü ilin iyul ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,4 faiz artıb.

Ötən ilin eyni ayında maaş alan işçilərin sayı 14 milyon 531 min 227 nəfər olduğu halda, 2023-cü ilin iyul ayında bu göstərici 15 milyon 166 min 88 nəfər olub.

Sənaye, tikinti və ticarət-xidmət sektorlarında maaşlı işçilərin ümumi sayı aylıq müqayisədə isə 1 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram