Türkiyədə işsizlik səviyyəsi azalıb | Banco.az

Türkiyədə işsizlik səviyyəsi azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə dekabr ayında işsizlik səviyyəsi azalıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) 2023-cü ilin dekabr ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Statistikaya görə, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2023-cü ilin dekabr ayında əvvəlki ayla müqayisədə 12 min nəfər azalaraq 3 milyon 98 min nəfərə çatıb. 

İşsizlik səviyyəsi 0,1 bənd azalaraq 8,8 faiz təşkil edib. Bu nisbət kişilər üçün 7,1 faiz, qadınlar üçün isə 12,0 faiz müəyyən edilib.

2023-cü ilin dekabr ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 399 min nəfər artaraq 32 milyon 56 min nəfərə, məşğulluq səviyyəsi isə 0,6 bənd artaraq 48,8 faizə çatıb. Bu göstərici kişilərdə 66,1 faiz, qadınlarda isə 31,9 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,8 bənd azalaraq 15,5 faizə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et