Türkiyədə işsizlik səviyyəsi azalıb | Banco.az

Türkiyədə işsizlik səviyyəsi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Türkiyədə avqust ayında işsizlik səviyyəsi iyul ayı ilə müqayisədə 0,2 bənd azalaraq 9,2 faizə enib. Bu göstərici 2014-cü ilin yanvarından bəri ən aşağı işsizlik səviyyəsidir.

Banco.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) avqust ayı üzrə işçi qüvvəsi statistikasında qeyd edilib.

Məlumata görə, hesabat dövründə 15 və yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 56 min nəfər azalaraq 3 milyon 223 min nəfərə enib. İşsizlik səviyyəsinin kişilər üçün 7,5 faiz, qadınlar üçün isə 12,6 faiz olduğu hesablanıb. 

2023-cü ilin avqust ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 1 000 nəfər artaraq 31 milyon 686 min nəfərə çatıb, məşğulluq səviyyəsi isə dəyişməyərək 48,4 faiz olub. Bu göstərici kişilər üçün 65,6 faiz, qadınlar üçün isə 31,5 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Avqustda 15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi iyulla müqayisədə 0,7 bənd azalaraq 17,2 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram