Türkiyədə işsizlik səviyyəsi artıb | Banco.az

Türkiyədə işsizlik səviyyəsi artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İyun ayında Türkiyədə işsizlik səviyyəsi artıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) iyun ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Statistiki məlumatlara görə, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2024-cü ilin iyun ayında əvvəlki ayla müqayisədə 234 min nəfər artaraq 3 milyon 305 min nəfərə çatıb. İşsizlik səviyyəsi 0,7 bənd artaraq 9,2 faizə çatıb. İşsizlik səviyyəsinin kişilər üçün 7,6 faiz, qadınlar üçün isə 12,4 faiz olduğu qeyd edilib.

2024-cü ilin iyun ayında məşğul əhalinin sayı isə əvvəlki ayla müqayisədə 341 min nəfər azalaraq 32 milyon 522 min nəfərə, məşğulluq səviyyəsi də 0,6 bənd azalaraq 49,3 faizə düşüb. Bu göstərici kişilərdə 66,9 faiz, qadınlarda isə 32,1 faiz təşkil edib.

15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 1,7 bənd artaraq 17,6 faizə çatıb. Bu yaş qrupunda işsizlik nisbəti kişilər üçün 14,8 faiz, qadınlar üçün isə 23,2 faiz olaraq hesablanıb.

Mövsümi və təqvim təsirlərinə uyğun olaraq orta həftəlik faktiki iş vaxtı 44,0 saat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram