Türkiyədə işsiz əhalinin sayı azalıb | Banco.az

Türkiyədə işsiz əhalinin sayı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə yanvar ayında beş aydan sonra ilk dəfə birrəqəmli işsizlik nəticəsi elan olunub.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı “TÜİK” İşçi Qüvvəsi Statistikaları, 2023 Yanvar ayı məlumatlarını açıqlayıb.

Buna görə, 2023-cü ilin yanvar ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 166 min nəfər azalaraq 3 milyon 424 min nəfər olub. İşsizlik nisbəti isə 0,5 bənd azalaraq 9,7 faiz hesablanıb. Bu nisbət kişilər üçün 7,7 faiz ikən, qadınlar üçün 13,7 faiz qeydə alınıb.

Sözügedən dövrdə məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 354 min nəfər artaraq 31 milyon 837 min nəfər, məşğulluq nisbəti isə 0,5 bənd artaraq 48,9 faiz olub. Bu göstərici kişilərdə 66,9 faiz olduğu halda, qadınlarda 31,2 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et