Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə işsizlik nisbəti mart ayında dəyişməz qalıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) İşçi qüvvəsi Statistikaları, Mart 2023 məlumatlarını dərc edib.
Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğusunun nəticələrinə görə, 2023-cü ilin mart ayında Türkiyədə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki aya nəzərən 4 min nəfər artaraq 3 milyon 508 min nəfərə çatıb. İşsizlik nisbəti isə dəyişməyərək 10 faiz səviyyəsində qalıb. Bu nisbət kişilər üçün 8,1 faiz, qadınlar üçün 13,8 faiz qeyd olunub.
İşsizlik nisbəti kişilərdə 5 faiz azalarkən, qadınlarda 1 faiz artıb. Əvvəlki ay kişilər üzrə 1 milyon 976 min hesablanan işsizlərin sayı martda 1 milyon 884 olarkən, əvvəlki ay 1 milyon 529 min olan qadın işsizlərin sayı isə sözügedən dövrdə 1 milyon 624 minə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!