Türkiyədə iqtisadi inam artıb | Banco.az

Türkiyədə iqtisadi inam artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Oktyabr ayında Türkiyədə iqtisadi inam artıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) oktyabr ayı üzrə iqtisadi inam indeksini açıqlayıb.

Bəlli olub ki, oktyabr ayında iqtisadi inam indeksi 1,2 faiz artaraq 96,5 punkta çatıb. Sentyabrda indeks 95,4 punkt idi.

Qeyd edək ki, iqtisadi inam indeksinin 100-dən yuxarı olması ümumi iqtisadi vəziyyətlə bağlı nikbinliyi, 100-dən aşağı olması isə ümumi iqtisadi vəziyyətlə bağlı bədbinliyi göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et