Türkiyədə inflyasiyanın düşdüyü açıqlandı, Lirə daha da bahalaşdı | Banco.az

Türkiyədə inflyasiyanın düşdüyü açıqlandı, Lirə daha da bahalaşdı

Türkiyə Statistika Komitəsinin (TÜİK) inflyasiya məlumatlarına görə, iyun ayında, 12 aylıq hesablama ilə, istehlakçı qiymətləri 19,88 faiz, istehsalçı qiymətləri 32,81 faiz artıb.

Keçən ilin dekabr ayı ilə müqayisədə istehlakçı qiymətləri 5,01 faiz, istehsalçı qiymətləri isə 8,09 faiz yüksəlib.

İstehlakçı qiymətləri, iyunda may ayına nisbətən 0,03 faiz, keçən ilin eyni ayı ilə müqayisədə isə 15,72 faiz artım qeyd edib. İstehsalçı qiymətləri may ayı ilə müqayisədə 0,09 faiz,  2018-ci ilin İyun ayı ilə müqayisə isə 25,04 faiz artıb. İllik istehsalçı qiymətləri İyul 2018-dən bəri ən aşağı səviyyədədir. 

Ən sərfəli kredit üçün müraciət et

Baza inflyasiya  15.87%-dən  14.86%-ə geriləyib.

İllik inflyasiya (15,72%) 2018-ci ilin İyun ayından bəri ən aşağı səviyyədə olub.

İnflyasiyanın aylıq 0.05%, illik müqayisədə 15.74% olması gözlənilirdi (proqnozlar). 

İllik və aylıq inflyasiyaların proqnozdan aşağı olması ilə əlaqədar olaraq Türk Lirəsi bahalaşıb. Bakı vaxtı ilə saat 11:20-də DollarTL məzənnəsi 0,6% geriləmə ilə 5.6246 səviyyəsinə düşüb. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et