Türkiyədə inflyasiyanın artım sürəti 1,5 ildən sonra ilk dəfə azalıb | Banco.az

Türkiyədə inflyasiyanın artım sürəti 1,5 ildən sonra ilk dəfə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə noyabrda illik inflyasiya 1,5 ildən sonra ilk dəfə aşağı düşüb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, noyabrda ölkədə illik inflyasiya 84,39 faiz olub.

Aylıq artım isə 2,88 faiz təşkil edib. Beləliklə, ardıcıl 47-ci aydır ki, inflyasiyanın artım sürəti davam etməkdədir.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, noyabr ayında aylıq inflyasiya isə 2,88 faiz olub. Eyni dövrdə nüvə inflyasiyasında da yavaşlama müşahidə olunub. Belə ki, noyabrda illik nüvə inflyasiyası 68,91 faiz qeydə alınıb. Oktyabrda bu rəqəm 70,45 idi.

Məlumatlara görə, noyabr ayında əvvəlki ilin eyni ayına görə ən yüksək qiymət artımı 107,03 faizlə nəqliyyat qrupunda olub.

Aylıq əsasda isə ən yüksək artım 5,75% ilə qida və alkoqolsuz içkilərdə müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram