Türkiyədə inflyasiya ilin ən yüksək həddinə çatıb | Banco.az

Türkiyədə inflyasiya ilin ən yüksək həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə avqust ayı üzrə inflasiya göstəriciləri proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) tərəfindən açıqlanan məlumatlarıa görə, ötən ay inflyasiya əvvəlki ayla müqayisədə 9,09 faiz, əvvəlki ilin eyni ayı ilə müqayisədə isə 58,94 faiz təşkil edib.

İqtisadçılar aylıq inflyasiyanın 7 faiz, illik inflyasiyanın isə 55,9 faiz olacağını gözləyirdilər.

Bununla yanaşı, baza inflyasiyası da 56,09 faizdən 64,85 faizə yüksəlib ki, proqnoz 61,7 faiz idi.

Əsas xərc qruplarına nəzər saldıqda görürük ki, əvvəlki ilin eyni ayına nəzərən ən yüksək artım 89,31 faizlə restoran və otel biznesində müşahidə olunub. Bu qrup üzrə sözügedə dövrdə əvvəlki ayla müqayisədə ən az artım göstərən isə 3,11 faizlə təhsil olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram