Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatlarına görə, ölkədə istehlakçı qiymətləri indeksi Dekabrda aylıq müqayisədə 0.40% düşüb (deflyasiya), illik müqayisədə isə 20.30% artıb.
Proqnoz istehlakçı qiymətləri indeksinin aylıq mənfi 0.28%, illik isə 20.45% olması idi.
İstehsalçı qiymətləri indeksi isə aylıq 2.22% düşüb. Proqnoz 1.50% idi. İllik müqayisədə isə 34.60% proqnoza qarşılıq 33.64% artıb.
Ərzaq inflyasiyası Dekabrda 25.66%-dən 25.11% geriləyib. Baza inflyasiya 19.53% olub, gözlənti 19.80% idi.
Göstəricilər açıqlandıqdan sonra Dollar/TL məzənnəsi çox dəyişməyib. Bakı vaxtı ilə saat 11:25-də məzənnə 0,9% artımla 5.44 səviyyələrində olub. Məzənnə gecə saatlarında 5.69 səviyyələrinədək yüksəlmişdi.
Marja