Türkiyədə inflyasiya 9 illik maksimuma çatıb | Banco.az

Türkiyədə inflyasiya 9 illik maksimuma çatıb

Türkiyədə bu ilin oktyabr ayında aylıq inflyasiya 2,08%, illik isə 11,9% təşkil etməklə 2008-ci ildən sonra ən maksimal həddə çatıb. "Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, oktyabr ayında istehsalçı qiymətləri aylıq 1,71%, illik isə 17,28% artıb.

Ən yüksək artım oktyabr ayında qadın sviterlərində (+37,92%), ən çox azalma isə ölkədaxili turlarda (-27,12%) müşahidə olunub.

İnflyasiya göstəricilərinin açıqlanmasından sonra Türkiyədə dolların məzənnəsi 1%-ə yaxın yüksələrək 3,83 lirə səviyyəsinə, etalon kimi qəbul edilən 2-illik dövlət istiqrazlarının gəlirliliyi isə 0,16 faiz bəndi artaraq 13,20%-ə çatıb. Analitik qrup noyabr ayında Türkiyədə dolların məzənnəsinin 4,0 lirə həddini aşacağını, faizlərin isə 15% səviyyəsinə yaxınlaşacağını proqnozlaşdırır.

Mənbə: Report.az