Türkiyədə inflasiya səkkiz aydan sonra ilk dəfə geriləyib | Banco.az

Türkiyədə inflasiya səkkiz aydan sonra ilk dəfə geriləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə istehlak qiymətləri ötən ay aylıq müqayisədə 1,64 faiz artıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) iyun ayı üzrə istehlakçı və istehsalçı qiymət indekslərini açıqlayıb.

Məlumatlar aylıq müqayisədə bir ilin ən yavaş inflyasiyasına işarə edib.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, bu dövrdə illik inflyasiya isə 71,60 faiz təşkil edib. İllik müqayisədə ölkədə inflyasiya səkkiz aydın sonra ilk dəfə geriləyib.

İyun ayında illik baza inflyasiyasında da azalma müşahidə olunub. Belə ki  illik baza inflyasiya ötən ay 71,41 faiz olaraq hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ekspertlərin proqnozu aylıq inflyasiyanın 2,2 faiz, ilik inflyasiyanın isə 72,5 faiz olacağına işarə edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et