Türkiyədə fevral ayında işsizlik 2012-ci ildən bəri ən aşağı səviyyəyə enib | Banco.az

Türkiyədə fevral ayında işsizlik 2012-ci ildən bəri ən aşağı səviyyəyə enib

Müəllif - Fərid İslamov  - Banco.az

 Türkiyədə fevral ayında işsizlik 8,4%-dən (yanvar) və 8,7%-dən (fevral 2024) azalaraq 8,2%-ə enib. Bu məlumatı ölkənin Statistika İnstitutu təqdim edib. Trading Economics qeyd edir ki, bu, 2012-ci ilin iyul ayından bəri ən aşağı səviyyədir.

Fevral ayında işsizlərin sayı 95 min nəfər azalaraq 2,886 milyon nəfərə düşüb.

Əhali arasında işçi qüvvəsində iştirak payı isə 53,2%-ə enib. Yanvar ayında bu göstərici 53,6% idi.