Türkiyədə ən çox ev alan əcnəbilər | Banco.az

Türkiyədə ən çox ev alan əcnəbilər

Azərbaycan vətəndaşları 333 mənzil alışı ilə bu ilin yanvar-iyun ayları ərzində Türkiyədə ev alan xarici vətəndaşların sıralanmasında İraq (1 645), Səudiyyə Ərəbistanı (1 517), Küveyt (798), Rusiya (600), Əfqanıstandan (524) sonra 6-cı yerdə qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az portalı  bu barədə “Report”-a istinadən xəbər verir.

Azərbaycan vətəndaşlarına bu ilin yanvar ayında 54, fevralda 55, martda 50, apreldə 65, mayda 63 və iyunda 46 ədəd ev satışı həyata keçirilib. Qeyd edək ki, 2016-cı ilin ilk altı ayı ərzində isə Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə 336 ev alınıb.

Ən sərfəli krediti almaq üçün müraciət et