Türkiyədə ABŞ dollarının məzənnəsi bu dəqiqələrdə tarixi rekord səviyyə - 3,64 TRY/USD-yə yüksəlib.
Dolların məzənnəsində gündəlik artım 2%-ə yaxınlaşıb.
Səhər saatlarında 3,56 TRY/USD-yə qədər geriləyən məzənnə, daha sonra dolların qlobal valyuta bazarında bir qədər möhkəmlənməsi və FES-in uçot dərəcəsini artırmağa davam edəcəyi xəbərləri ilə yüksəlməyə başlayıb.
Türkiyədə dolların məzənnəsinin yaxın zamanlarda 3,75 TRY/USD, il ərzində isə 4,05 TRY/USD-yə çatacağını ehtimal edir. Qeyd edək ki, dolların lirə ilə müqayisədə möhkəmlənməsinin digər bir səbəbi də Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini artırmaq niyyətində olmadığını bildirməsi amili ilə bağlıdır.
Mənbə: Report.az