Türkiyədə dolların bahalaşması davamlı ola bilər | Banco.az

Türkiyədə dolların bahalaşması davamlı ola bilər

Türkiyənin xarici ticarət balansında mənfi saldo avqust ayında illik müqayisədə 22,8% artaraq 5,873 mlrd. dollar təşkil edib. "Report" xəbər verir ki, bu barədə məlumat Türkiyə Statistika İdarəsi ilə Gömrük və Ticarət Nazirliyi tərəfindən verilib.

Məlumatda bildirilir ki, avqust ayında ixrac illik müqayisədə 12,3% artaraq 13,289 mlrd. dollar, idxal isə 15,3% artaraq 19,162 mlrd. dollar olub.

Yanvar-avqust aylarında xarici ticarət balansının mənfi saldosu isə illik müqayisədə 21,1% artaraq 45,66 mlrd. dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Nəticədə, ixracın idxala nisbət əmsalı 69,3%-ə enib. Qeyd edək ki, ötən ilin analoji dövründə bu əmsal 71,2% olub.

"Report"un analitik qrupu bildirir ki, xarici ticarət balansında mənfi saldonun kəskin artması Türkiyədə dolların məzənnəsinin orta və uzunmüddətli perspektivdə yüksəlməsi ilə nəticələnəcək. Bu isə Azərbaycanda da dolların məzənnəsinin düşməsinə əngəl yarada bilər. Belə ki, Türkiyə Azərbaycanın əsas ticaərt partnyorları arasında əsas yerlərdən birini tutur. 

Ən sərfəli krediti almaq üçün müraciət et