Türkiyədə dollar lirəyə nəzərən kəskin bahalaşıb | Banco.az

Türkiyədə dollar lirəyə nəzərən kəskin bahalaşıb

Türkiyədə bu səhər ABŞ dollarının məzənnəsi 3 lirəlik psixoloji həddi keçib.

Bu gün səhər saatlarında Türkiyənin milli valyutası tarixi minimumu yeniləyib. Belə ki, 1 ABŞ dolları 3,0020 lirə səviyyəsinə yüksəlib. Sonradan 1 ABŞ dollarının məzənnəsi bir qədər enərək 2,96 lirəyə bərabər olub.  

Dolların bahalaşmasının əsas səbəbi Asiya bazarlarında aparılan əməliyyatlarda lirənin satışının artması ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, bu gün səhər saatlarında Türkiyədə 1 ABŞ dollarının məzənnəsi 3,002 TRY/USD-yə yüksəlib və yerli vaxta saat 07:46-dan sonra yenidən ucuzlaşmağa başlayıb.

Türkiyə Mərkəzi Bankının məlumatına görə, hazırda birjada dolların alışı 2,9009, satışı isə 2,9061 TRY/USD məzənnəsi ilə aparılır.

Türkiyəli ekspertlər tezliklə dolların 3,15 və 3,60 lirə səviyyəsinə qədər bahalaşacağı proqnozunu veriblər.

Qeyd edək ki, son bir ildə dollar 36,2% bahalaşaraq 2,1610 lirədən 2,9440 lirəyə çatıb.