Türkiyədə cari kəsir 7,9 milyard dollara çatıb | Banco.az

Türkiyədə cari kəsir 7,9 milyard dollara çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə iqtisadiyyatı may ayında cari hesabda 7 milyard 933 milyon dollar kəsir verib.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) məlumatlarına görə, may ayında Türkiyə aylıq 7 milyard 933 milyon dollar kəsir verdiyi halda, illik kəsir 60 milyard dollara yüksəlib.

Qızıl və enerji xərcləri istisna olmaqla isə cari hesabda 1 milyard 283 milyon dollar kəsir mövcuddur.

Tədiyyə balansında müəyyən edilən xarici ticarət kəsiri də 10 milyard 480 milyon dollar hesablanıb.

Qeyd edək ki, Bloomberg nəşrinin sorğusuna əsasən, cari əməliyyatlar hesabında 7,4 milyard dollarlıq kəsir gözlənilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et