Türkiyədə bu ay iqtisadi inam artıb | Banco.az

Türkiyədə bu ay iqtisadi inam artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yanvar ayında Türkiyənin iqtisadi inam indeksi artım göstərib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) yanvar ayı məlumatları ölkədə iqtisadiyyata inamın dekabr ayı ilə müqayisədə artdığını göstərib.

Belə ki, 2022-ci ilin dekabrında 98,1 punkt olan iqtisadi inam indeksi bu ay 1,3 faiz artmaqla 99,3 punkta yüksəlib.

Xatırladaq ki, iqtisadi inam indeksi 100-dən yuxarıdırsa, bu, ümumi iqtisadi vəziyyətlə bağlı nikbinliyi, 100-dən aşağıdırsa, ümumi iqtisadi vəziyyətlə bağlı bədbinliyi göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et