Müəllif - Aida İsaq, Banco.az
Bildiyiniz kimi Kahramanmaraşda baş verən zəlzələlərdən sonra universitetlərdə dərslər qeyri-müəyyən müddətə dayandırılmışdı. Hazırda zəlzələnin təsirlərini aradan qaldırmağa çalışılması ilə yanaşı tələbələrin ənənəvi tədris üsuluna geri dönməsi məsələsi də öz aktuallığını qoruyur.
Banco.az xəbər verir ki, bu barədə açıqlama verən Ali Təhsil Şurası (YÖK) aprel ayından etibarən universitetlərdə ənənəvi təhsili ehtiva edən hibrid variantın qiymətləndiriləcəyini bildirib. Onun sözlərinə görə, aprel ayında ənənəvi təhsilə keçid etmək üçün bütün lazımi işlər tamamlanıb. Prezident R.T.Ərdoğanın təsdiqləyəcəyi halda gələn aydan universitetlərdə tələbələr öz dərslərinə davam edə bilərlər.
Bizi sosial şəbəkələrdən izləyin!!