Türkiyədə avtomobil satışı üzrə növbəti rekord qeydə alınıb | Banco.az

Türkiyədə avtomobil satışı üzrə növbəti rekord qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə avtomobil satışı üzrə aylıq rekordlar silsiləsi davam edib.

Banco.az xəbər verir ki, Avtomobil Distribyutorları və Mobillik Assosiasiyasının (ODMD) məlumatlarına görə, 2023-cü ilin may ayında avtomobil və yüngül kommersiya vasitələri bazarı ötən ilin may ayı ilə müqayisədə 70,9 faiz artaraq 111 min 356 ədədə çatıb.

Sözügedən dövrdə avtomobil satışları əvvəlki ilin eyni ayına nəzərən 68,5 faiz artaraq 87 min 218 ədəd, yüngül kommersiya vasitələrinin satışı isə üzdə 79,9 faiz artaraq 24 min 138 ədəd hesablanıb.

Avtomobil və yüngül kommersiya vasitələrinin satışı 10 illik may ayı ortalamasına görə isə 69,1 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yanvar-may aylarını əhatə edən dövrdə isə  avtomobil və kommersiya vasitələri bazarı 60,5 faiz artım göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et