Türkiyədə avtomobil ixracı artıb | Banco.az

Türkiyədə avtomobil ixracı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin avtomobil ixracı ötən ay 11 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Uludağ Avtomobil Sənayesi İxracatçıları Assosiasiyasının (OİB) məlumatına görə, aprel ayında da Türkiyənin ən çox ixracat həyata keçirən sektoru avtomobil sənayesi olub.

Belə ki, sözügedən dövrdə əvvəlki ilin eyni dövrünə nəzərən 1,8 faiz azalma ilə 2,7 milyard dollarlıq ixracat həyata keçirən Türkiyədə avtomobil sənayesinin ümumi ixracatdakı payı 13,9 faiz hesablanıb. Avtomobil sənayesi ilin ilk 4 ayı ərzində 11 faiz artımla 11 milyard 311 milyon dollar ixrac göstəricisinə müvəffəq olub.

Təchizat sənayesində ən çox ixracatın həyata keçirildiyi ölkə olan Almaniyaya bu dövrdə ixrac 6 faiz azalsa da, digər mühüm bazarlar olan İtaliyaya 0,2 faiz, Fransaya 10 faiz, Rusiyaya 144 faiz artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et