Müəllif - Aida İsaq, Banco.az
Türkiyə Rusiyadan gələn taxılı emal edərək Afrika ölkələrinə göndərəcək.
Banco.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Rusiyanın yenidən Afrikanın kasıb ölkələrini taxılla təmin etməyə hazır olduğunu qeyd edib. R.T.Ərdoğan öz növbəsində ölkəsinin taxılın yerli müəssisələrdə emal olunaraq un halında müvafiq istiqamətlərə göndərilməsini təmin edə biləcəyini vurğulayıb.
Xatırladaq ki, daha öncə R.T.Ərdoğan V.Putinin Qara dənizdəki taxıl dəhlizi vasitəsilə Afrika ölkələrinə ərzaq tədarükü təklifi ilə bağlı razılaşdığını açıqlamışdı.
Qeyd edək ki, ötən ilin 22 iyulunda İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT arasında Qara dəniz vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracını nəzərdə tutan dəhlizin yaradılmasına dair saziş imzalanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!