Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə iqtisadiyyatı yeni ilin ilk ayında rekord xarici ticarət kəsiri verib.
Banco.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyinin açıqladığı müvəqqəti məlumatlarda qeyd olunub.
Bildirilib ki, yanvar ayında ölkənin xarici ticarət kəsiri 14,3 milyard dollarla rekord səviyyəyə yüksəlib.
Məlumatlara görə, sözügedən dövrdə ixrac əvvəlki ilin eyni ayına görə 10,4 faiz artaraq 19,4 milyard dollar olub. İdxal isə 33,7 milyard dollar təşkil edib. Bu rəqəmlərdən sonra xarici ticarət kəsiri rekord həddə - 14,3 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!