Türkiyə otellərində gələn yay qiymətlər bahalaşacaq | Banco.az

Türkiyə otellərində gələn yay qiymətlər bahalaşacaq

Müəllif - Aida İsaq, Banco.az

Türkiyədə gələn yay mehmanxana qiymətlərinin bahalaşacağı ilə bağlı xəbərdarlıq olunub.

Banco.az xəbər verir ki, orta hesabla otaqların qiyməti 30-50% bahalaşa bilər. Buna səbəb olaraq isə təlabatın yüksək olması və inflyasiyanın fəsadları göstərilir. 2022-ci ildə ölkədə bəzi məhsulların qiymətləri 5 dəfə artıb. Dövlət buna paralel olaraq işçilərin minimum əmək haqqının artırılmasına da qərar verib.

"Seven Seas Gravel Select Hotel"in nümayəndəsi Günay Şaban məsələ barəsində fikirlərini bölüşüb

"Xərcləri kompensasiya etmək üçün bu addımı atmalı olacağıq. Ancaq müştərilər erkən rezervasiya etməklə 30%-ə qədər endirimlərdən yararlana bilərlər. Bu isə büdcəyə qənaət etməyə şərait yaradacaq". 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu il Türkiyədə tələbat yüksək səviyyəyə çataraq yay aylarında otellərdə doluluq 90 faizi ötmüşdü.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram