Türkiyə Mərkəzi Bankının faizləri sabit saxlayacağı gözlənilir | Banco.az

Türkiyə Mərkəzi Bankının faizləri sabit saxlayacağı gözlənilir

Türkiyə Mərkəzi Bankının (TCMB) sabah, iyunun 15-də keçirəcəyi növbəti iclasında faizləri dəyişdirməyəcəyi ehtimal edilir. 

"Report"un analitik qrupu bildirir ki, belə bir proqnoz "Anadolu Agentliyi"nin (AA) 21 iqtisadçı arasında keçirdiyi sorğunun nəticələri əsasında tərtib edilib.

Sorğuda iştirak edən iqtisadçıların hamısı bir həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsi (GLP) borcvermə faizlərində dəyişiklik gözləmirlər. Qeyd edək ki, bundan əvvəlki iclasda TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağ və yuxarı hədlərini 7,25% və 9,25% səviyyəsində sabit saxlayıb, GLP-ni isə 11,75%-dən 12,25%-ə yüksəldib.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un analitik qrupu TCMB iclasının nəticələrinin ölkədə dolların məzənnəsinə təsir göstərməyəcəyini bildirir. Yay aylarında dolların məzənnəsinin 3,45-3,65 TRY/USD diapazonunda dalğalanacağı proqnozlaşdırılır.

Ən sərfəli krediti almaq üçün müraciət et