Türkiyə Mərkəzi Bankına ilk dəfə qadın sədr təyin edilib | Banco.az

Türkiyə Mərkəzi Bankına ilk dəfə qadın sədr təyin edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qaye Erkan Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) yeni sədri təyin edilib.

Banco.az xəbər verir ki, 5 illik fasilədən sonra iqtisadiyyat idarəçiliyinin yenidən Mehmet Şimşəyin öhdəliyinə verilməsi ilə Türkiyə respublikası Mərkəzi Bankına (TCMB) gözlənilən təyinat reallaşıb.

Prezidentin sərəncamı ilə Hafize Qaye Erkan Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) yeni sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 1982-ci ildə İstanbulda anadan olan Erkan İstanbul Oğlanlar Liseyini bitirdikdən sonra 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsindən məzun olub. Karyerasına 2005-ci ildə “Goldman Sachs”da başlayan Erkan orada işlədiyi 9 il ərzində ABŞ-ın iri bank və sığorta şirkətlərinin idarə heyətlərinə və yüksək səviyyəli rəsmilərinə balansın idarə edilməsi, stress testi və kapitalın planlaşdırılması, risklərin idarə edilməsi, birləşmə və satınalmalar üzrə məsləhət xidmətləri göstərmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et