Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 16%-ə endirib | Banco.az

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 16%-ə endirib

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

İclasda uçot dərəcəsi 2 faiz bəndi azaldılaraq 18%-dən 16%-ə endirilib.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15%-dən 17%-ə qaldırılmış, bu il fevralın 18-də keçirilən iclasında sabit saxlanılmış, martın 18-i keçirilmiş iclasında 17%-dən 19%-ə qaldırılmış, sentyabrın 23-də keçirilmiş iclasında isə 19%-dən 18%-ə endirilmişdi.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et