Türkiyə Mərkəzi Bankı pul siyasətində 2023-cü il çərçivəsini açıqlayıb | Banco.az

Türkiyə Mərkəzi Bankı pul siyasətində 2023-cü il çərçivəsini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) 2023-cü il üzrə pul və məzənnə siyasəti mətnini dərc edib.

Banco.az xəbər verir ki, sözügedən mətnin məzmununda investisiya, məşğulluq, istehsal, ixrac və cari əməliyyatlar balansını artıran fəaliyyətlərin 2023-cü ildə nəzərdə tutulan inflyasiya yoluna uyğun olaraq hədəflənmiş kredit siyasətləri ilə dəstəklənəcəyi qeyd olunub.

Həmçinin xüsusi vurğulanıb ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) əsas məqsədi qiymət sabitliyinə nail olmaq və saxlamaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et