Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə Mərkəzi Bankı (TCMB) 2022-ci ildə əvvəlki illə müqayisədə 25 faiz çox mənfəət əldə edib.
Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) 2022-ci il üzrə mənfəəti açıqlanıb.
Rəsmi Qəzetdə dərc olunan 2022 balans hesabatına görə, Mərkəzi Bankın mənfəəti ötən il 72,02 milyard TL olub. Sözügedən dövr üçün vergi öhdəlikləri də 22,3 milyard TL təşkil edib.
TCMB-nin 2021-ci il dövrü üçün mənfəəti isə 57,5 milyard TL idi. Bu da o deməkdir ki, ötən il Mərkəzi Bankın mənfəət artımı 25 faiz olub.
Xatırladaq ki, zəlzələ ianələri zamanı TCMB 2022-ci il balans mənfəətindən 30 milyard TL ianə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!