Türkiyə Mərkəzi Bankı kritik faiz qərarını açıqladı | Banco.az

Türkiyə Mərkəzi Bankı kritik faiz qərarını açıqladı

Türkiyə Mərkəzi Bankı (TCMB) İdarə Heyətinin kritik faiz qərar açıqlandı.

Bank faizi 425 bənd azaldaraq 24%-dən 19,75%-ə endirib.

 

Beləliklə, Türkiyədə faiz 20%-dən də aşağı düşdü.

İnvestor və analitiklər TCMB-nin faizi 250 bənd endirərək 24%-dən 21,5%-ə endirəcəyini gözləyirdilər.

Bir müddət əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Murat Çetinkaya vəzifədən azad edilərək yerinə müavini Murat Uysal təyin olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün verilən qərar Murat Uysalın iştirakı ilə verilən ilk qərardır. 

Türkiyə Mərkəzi Bankı pul siyasəti faizini sonuncu dəfə 2015-ci ilin Fevral ayında endirmişdi.

Mərkəzi Bank açıqlamasında qeyd edib ki, inflyasiyada yaxşılaşma (azlma) davam edir. Proqnozlar inflyasiyanın düşəcəyini göstərir. Bankın İdarə heyəti inflyasiyaya təsir edən bütün faktorları nəzərə alaraq, pul siyasəti faizini 425 bənd endirilməsinə qərar vermişdir.

Qərarın ardından Türkiyədə Dollar 1%-ə yaxın bahalaşraq 5.77 səviyyələrini görüb. Bir müddət sonra Dollar/TL məzənnəsi 5.69 səviyyələrinə geriləyib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et