Türkiyə Mərkəzi Bankı faizi nə qədər endirə bilər? | Banco.az

Türkiyə Mərkəzi Bankı faizi nə qədər endirə bilər?

"Bloomberg HT" Araşdırma Mərkəzi Türkiyə Mərkəzi Bankının faiz qərarı ilə bağlı keçirdiyi sorğunun nəticəsini  açıqlayıb.

Sorğuda iştirak edən 20 qurum İyul iclasında faizidə 250 bənd endirim olacağını və 24% olan faizin 21.50% səviyyəsinə düşəcəyini gözləyir. 

16 qurumun il sonu gözləntisi isə İyul toplantısı da daxil olmaqla cəmi 600 bənd faiz endirimidir. Proqnoza görə, faiz ilin sonunda 18%-ə düşəcəkdir.

Mərkəzi Bankın faiz qərarı bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq.

21 min 856 nəfərin iştirak etdiyi onlayn sorğuya görə, iştirakçıların 49%-i Mərkəz Bankın faizi 300 bənd aşağı salacağını gözləyir.

Marja