Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı - LİRƏ UCUZLAŞDI | Banco.az

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı - LİRƏ UCUZLAŞDI

Türkiyə Mərkəzi Bankı (TCMB) Aprel ayı iclasının qərarını açıqladı.

Bankın İdarə Heyəti gözələnildiyi kimi faiz dərəcəsini dəyişmədi və 24 faiz səviyyəsində saxladı.

"Bloomberg"in sorğusuna qatılan 20 mütəxəssisin 1-i istisna olmaqla qalanları pul siyasəti faizinin sabit saxlayacağını gözləyirdi. 

İqtisadçılar, inflyasiyanın yüksəlməsi risklərininin davam etməsi və maliyyə bazarlarındakı oynaqlığın qiymət sabitliyi üzərindəki riskləri ilə əlaqədar olaraq Mərkəzi Bankın faizlərdə dəyişiklik edəcəyini gözləmirdilər.

Ən sərfəli kredit üçün müraciət et

 

LİRƏ UCUZLAŞDI

Mərkəzi Bankın qərarından sonra Dollar/Türk Lirəsi məzənnəsi 0,8% artımla 5.9252 səviyyəsini görüb.

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Reyting" 2019-da Türkiyə Mərkəzi Bankının faizi 400 bənd endirəcəyini gözləyir. Ancaq quruma görə, TL-nin daha çox zəifləməsi və daha sərt xarici maliyyələşmə şərtləri Bankın faiz endirməyi təxirə salmasına səbəb ola bilər.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et