Türkiyə Mərkəzi Bankı 2017-ci il üçün proqnozlarını yeniləyib | Banco.az

Türkiyə Mərkəzi Bankı 2017-ci il üçün proqnozlarını yeniləyib

Türkiyə Mərkəzi Bankı (TCMB) proqnozlarla bağlı mart hesabatını açıqlayıb. "Bloomberg" agentliyinə istinadən verilən xəbərə görə, sənədə əsasən, 2017-ci ilin sonunda ABŞ dollarının məzənnəsi 3,8495 TRY/USD təşkil edəcək. Qeyd edək ki, fevral proqnozunda bu göstərici 3,8807 TRY/USD-yə bərabər olub.

İlin yekununda inflyasiya göstəricisi əvvəlki hesabatda 8,87% olduğu halda, martda 9,08%-ə yüksəldilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, Türkiyənin 2017-ci ildə iqtisadi artım tempi 2,9% səviyyəsində saxlanılıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et