Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə iqtisadiyyatı ilin ikinci rübündə 2,5 faiz artıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) ilin ikinci rübü (aprel-iyun dövrü) üzrə ümumi daxili məhsulun (ÜDM) nəticələrini açıqlayıb.
İlin ikinci rübündə Türkiyə iqtisadiyyatında baş verən sərtləşmənin təsiri böyümə sürətinin yavaşlamasına səbəb olub.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, ilin ikinci rübündə illik artım 2,5 faiz səviyyəsində qalıb. Məlumatlara görə, rüblük müqayisədə isə 0,1 faiz məhdud artım müşahidə olunub.
Ötən rübdə illik artım 5,3 faiz təşkil edirdi. Ekspertlərin proqnozları iqtisadiyyatın ilin ikinci rübündə 2,95 faiz artacağı idi. Rüblük əsasda isə 0,6 faiz azalma proqnozlaşdırılmışdı.
İstehsal üsulu ilə ÜDM proqnozu ikinci rübdə cari qiymətlərlə əvvəlki ilin eyni rübünə görə 78,6 faiz artaraq 9 trilyon 949 milyard 792 milyon lirəyə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!