Türkiyə iqtisadiyyatı fevralda da yüksək xarici ticarət kəsiri ilə üzləşib | Banco.az

Türkiyə iqtisadiyyatı fevralda da yüksək xarici ticarət kəsiri ilə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə iqtisadiyyatı yanvar ayında olduğu kimi fevral ayında da yüksək xarici ticarət kəsiri ilə üzləşib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayının xarici ticarət statistikasını açıqlayıb.

Buna görə, Türkiyədə xarici ticarət kəsiri fevral ayında əvvəlki ilə görə 51,4 faiz artaraq 12,08 milyard dollara çatıb. Belə ki, fevral ayında ixrac əvvəlki ilin eyni ayına görə 6,4 faiz azalaraq 18,7 milyard dollar, idxal isə 10,1 faiz artaraq 30,7 milyard dollar olub.

Qeyd edək ki, Ticarət Nazirliyinin müvəqqəti məlumatlarına görə, fevral ayında xarici ticarət kəsiri 12,2 milyard dollar olaraq açıqlanmışdı. Yanvar ayında isə xarici ticarət kəsiri 14,24 milyard dollar təşkil etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram