Türkiyə günəş enerjisinə investisiya qoyuluşunu artıracaq | Banco.az

Türkiyə günəş enerjisinə investisiya qoyuluşunu artıracaq

Müəllif - Aida İsaq, Banco.az

Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlar dünya enerji sektorunda bir sıra problemlərin yaranmasına səbəb oldu.

Banco.az xəbər verir ki, yaranan çətinliklər və qiymətlərin getdikcə artması bərpa olunan enerji mənbələrinə marağın artmasına səbəb olub. Beləliklə bir çox ölkələr həm xərclərə qənaət etmək, həm də enerji təminatının davamlılığını qorumaq üçün günəş enerjisinin əldə olunması istiqamətində prespektivli addımların atılmasına çalışır. Sözügedən sektoru inkişaf etdirməyə çalışan ölkələr siyahısına Türkiyə də qoşulub. Belə ki, son hesabatlara əsasən ölkə 2022-ci ilin sonunda 9,4 giqavat olan günəş enerjisinin gücünü 2035-ci ilə qədər 52,9 gigavata çatdırmağı hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram