Türkiyə bu tarixədək bərpa olunan enerjiyə 73 milyard dollar investisiya qoyuluşu edəcək | Banco.az

Türkiyə bu tarixədək bərpa olunan enerjiyə 73 milyard dollar investisiya qoyuluşu edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə 2035-ci ilə qədər bərpa olunan enerjiyə 73 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, Enerji və Təbii Sərvətlər Nazirliyinin Enerji Məsələləri üzrə baş direktorunun müavini Ramazan Usta Türkiyənin Milli Enerji Planı çərçivəsində 2035-ci ilə qədər bərpa olunan enerjiyə 73 milyard dollar sərmayə qoymağı planlaşdırdığını bildirib.

Enerji Saxlama Sistemləri Dərnəyi (EDSİS) və Enerji Rəqəmsallaşma Dərnəyi (EDİDER) tərəfindən Ankarada dövlət və özəl sektordan olan maraqlı tərəflərin iştirakı ilə 2-ci Enerji Saxlama Sistemləri Sammiti keçirilib.

Ramazan Usta buradakı çıxışında aşağıdakı ifadələrə yer verib:

"Aprel ayının sonuna olan məlumata görə, bərpa olunan enerji resurslarımızın ümumi quraşdırılmış gücü 63 min meqavata çatıb. 110 giqavat gücün təxminən 58 faizi bərpa olunan elektrik enerjisi istehsalı qurğularına bağlıdır."

Usta Nazirlik tərəfindən hazırlanan Milli Enerji Planına əsasən elektrik enerjisində ümumi quraşdırılmış gücün 2025-ci ilə qədər 116 min 200 meqavata, 2030-cu ilə qədər 149 min 100 meqavata, 2035-ci ilə qədər isə 189 min 700 meqavata çatdırılmasının hədəfləndiyini dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün 2035-ci ilə qədər ən azı 73 milyard dollar dəyərində bərpa olunan enerji obyektlərinə sərmayə qoymaq və ümumi gücü 74 min 353 meqavat olan bərpa olunan enerji mənbələrinə əsaslanan mövcud sistemi istifadəyə vermək lazımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et