Türkiyə bankları zəlzələdən zərər çəkənlər üçün nə qədər ianə ayırıb? | Banco.az

Türkiyə bankları zəlzələdən zərər çəkənlər üçün nə qədər ianə ayırıb?

Müəllif - Aida İsaq, Banco.az

Qardaş ölkədə baş verən zəlzələ 10 bölgədə böyük dağıntılara səbəb oldu. Baş verən fəlakət fonunda həyatını itirən insanlar, yaralılar, yaranan vəziyyət bütün dünyanı dərin arsıtdı. Dünyanın dörd bir yanından Azərbaycan da daxil olmaqla bir çox dövlətlər öz dəstəklərini göstərməyə çalışır. Eyni zamanda Türkiyədə Qaziantep, Kilis, Adana, Malatya, Şanlıurfa, Diyarbəkir, Hatay, Adıyaman və Osmaniye kimi şəhərlərdə yaşayan sakinlərə maddi və mənəvi dəstək üçün geniş miqyaslı yardım kampaniyaları da həyata keçirilib. Banco.az qardaş ölkədə müvafiq yardım aksiyasına qoşulan bankları və onların ayırdığı məbləğləri təqdim edir:

"Halkbank" - 7 milyard TL

"Vakıfbank" - 12 milyard TL

"Ziraat Bank" -  20 milyard TL

"Emlak Katılım Bankı" - 1 milyard TL

"Vakıf Katılım Bankı" - 1 milyard TL

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, "Ziraat Bank"ın baş direktoru Alpaslan Çokar maaşından 1 milyard TL ianə etdiyini açıqlayıb. Qeyd edək ki, son məlumatlara əsasən ianələrin ümumi məbləği 115 milyard 146 milyon 528 min TL təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram