Müəllif:Mehin Qasımova/Banco.az
Türkiyə bankları ABŞ-ın təzyiqi səbəbindən Rusiya ilə işləməkdən imtina etməyə başlayıb.
Banco.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri məlumat yayıb.
Belə ki,banklar arasında qarşılıqlı fəaliyyətdə çətinliklər çoxdan yaranıb, lakin dekabrın sonunda daha da pisləşib. Rusiya ilə hesablaşmaların əsas iştirakçıları sırasında Nurol Bank və Emlak Bankın adı çəkilir.
Məlumata görə, yanvarın 1-dən etibarən ölkələr arasında pul köçürmələri demək olar ki, dayanıb. Eyni zamanda, Türkiyədəki ixracatçılar ticarəti davam etdirmək üçün təcili həll yollarını gözləyirlər.
ABŞ-ın təzyiqi nəticəsində Rusiya Federasiyası ilə əlaqələri təkcə Türkiyə bankları deyil, Çin bankları da kəsib.
Bloomberg xəbər verib ki, Çin dövlət bankları ABŞ-ın ikinci dərəcəli sanksiyalarla bağlı xəbərdarlığından sonra Rusiya müştərilərinə qarşı məhdudiyyətləri gücləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!