Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 622 milyon 523 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 8,1% və ya 46 milyon 838 min dollar çoxdur.
Qeyd edək ki, 2023-cü ilin birinci yarısında Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 575 milyon 685 min dollar təşkil edib. Hesabat dövründə Azərbaycana ən çox investisiya yatıran ölkə Birləşmiş Krallıq (913 milyon 293 min dollar) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!