Müəllif: Tamara Mustafayeva, Banco.az
Ərdoğan: "Almaniya ilə ticarət həcmini 60 milyard dollara çatdırmağı hədəfləyirik.”
Banco.az xəbər verir ki, Prezident Ərdoğan Almaniyanın kansleri Mersi Ankarada qəbul edib.
Birgə mətbuat konfransı keçirən liderlər bəyanatlar veriblər. Ərdoğan deyib: “Strateji hədəf kimi gördüyümüz Avropa İttifaqına üzvlük məsələsində gözləntilərimizi ifadə etdik. Almaniyada yaşayan türk icmasının hər iki ölkə üçün ortaq dəyər olduğunu təsdiqlədik.”
O, müdafiə əməkdaşlığı məsələsini müzakirə etdiklərini və ticarət hədəfini 60 milyard dollar olaraq müəyyən etdiklərini bildirib. Ərdoğan qeyd edib ki, Türkiyə üçün Almaniya ilə əməkdaşlıq əvəzolunmazdır:
“Avropada dəyişən təhlükəsizlik şəraiti fonunda müdafiə sənayesi məhsullarının təchizatındakı çətinlikləri arxada buraxaraq birgə layihələrə diqqət yetirməliyik,” – deyə o, vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!

 
                        
                        
                        
                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                    