Müəllif - Aida İsaq, Banco.az
Türkiyə ABŞ və Aİ-nin Rusiyaya qarşı birtərəfli sanksiyalarına qoşulmağı düşünmür.
Banco.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Onun sözlərinə görə, ölkəsi öz rifahı mövqeyindən çıxış edərək həmçinin Montrö konvensiyasının müddəalarının icrasına diqqət yetirir.
Eyni zamanda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cari ili fevralında ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında rəsmi Ankaranın Rusiyaya qarşı Qərbin birtərəfli sanksiyalarına qoşulmadığını bildirib. Nazir həmin zaman BMT-nin qəbul etdiyi qərarlara əməl edildiyini xatırladıb.
Bizi sosial şəbəkələrdən izləyin!!