Türk xaker Apple şirkətini təhdid etdi | Banco.az

Türk xaker Apple şirkətini təhdid etdi

“Turkish Crime Family” adlı xaker qrupunun rəhbəri Kərəm Albayrak, Apple şirkətindən 175 min dollar dəyərində Bitcoin və ya iTunes hədiyyə kartı istəyib. Albayrakın tələbləri yerinə yetirilmədiyi təqdirdə təqdirən 300 milyon istifadəçinin şəxsi məlumatlarını sosial media vasitəsilə paylaşacağını bildirib.

Əldə edilən məlumatlara görə, 300 milyondan çox istifadəçinin iCloud məlumatlarına sahib olan Albayrak, müxtəlif iCloud hesablarına daxil olarkən çəkilmiş özünün video görüntülərini Youtube platformasında yayımlayaraq Apple – dan pul istəyib.

Ən sərfəli kredit üçün müraciət et

175 min dollar dəyərindəki bu məbləğin Bitcoin və ya iTunes hədiyyə kartı ilə ödənilməsini istəyən Albayrakın məhkəməsi hələ də davam edir. Uzun müddətdir ki, davam edən hüquqi proseduralardan başqa Albayrakın Apple şirkəti ilə razılığa gəlib gəlmədiyi haqqında heç bir məlumat yoxdur.

Həmçinin oxu: Milyard dollarlıq səhmi 800 dollara satan Apple-ın qurucusu

Tamara Mustafayeva, Banco.az