Türk lirəsi yenidən ucuzlaşdı | Banco.az

Türk lirəsi yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünən 9.42 səviyyəsinə qədər geriləyən məzənnə yeni günə 9.54 səviyyəsində başlayıb.

Banco.az türk mətbuatına istinadla bildirir ki, dünən bir qədər bahalaşan türk lirəsi bu gün yenidən dəyər itirib.

Hazırda Dollar/TL məzənnəsi 9.53 səviyyəsində icra edilir. 

Xatırladaq ki, ötən həftənin cümə axşamı Türkiyə Respublikası Mərkəzi Bankının uçot dərəcəsi üzrə faiz bəndini 18-dən 16-ya endirməsindən sonra tarixi maksimumunu yeniləyib 9.48 səviyyəsi ilə yeni rekorda imza atan məzənnə əvvəlcə 9.50, daha sonra 9.60, ardınca da 9.70 səviyyələrini üstələmişdi. Bu həftə isə məzənnədə 9.85 səviyyəsi ilə yeni tarixi rekord qeydə alınmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et